“Qəbələ” “Bakı”ya 4 qol vurdu
01.08.2013 - 20:12
“Qəbələ” “Bakı”ya 4 qol vurdu
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, mövsümün ilk oyun günündə 1 qarşılaşma baş tutub. Paytaxtda baş tutan görüş məhsuldarlığı ilə seçilib və 6 qolla başa çatıb.

Ötən mövsümün çempionunun “Qəbələ” ilə ev oyununda qonaqlar qalib gəlib – 2:4. Mövsümün ilk qolu və ilk dublu bakılıların üzvü Raul Yaqubzadənin hesabında olsa da, sonda qəbələlilər sevinib. Luis Araqonun yetirmələri 2 top buraxdıqdan sonra 4 cavabsız qol vuraraq əzmkar qələbə qazanıb.

Əvəzedicilərin çempionatı
I tur
1 avqust


“Bakı” – “Qəbələ” – 2:4
Raul Yaqubzadə, 3, 16 – Ehtiram Şahverdiyev, 44, 52, Əziz Hüseynov, 50, Elnur Mustafazadə, 85