Rövnəq Abdullayev: Digərləri ilə müqayisədə “Qarabağ”ın öz yeri var
01.08.2013 - 22:24
“Təbii ki, qələbədən məmnun oldum”. Apasoprt.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
O, Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyun günündə “Qarabağ” – “Gefle” (1:0) matçından sonra fikirlərini bildirib.
Abdullayev təmsilçimizin növbəti mərhələni də keçəcəyinə inanır: “Digər klublarla müqayisədə “Qarabağ”ın özünəməxsus yeri var. Ağdam təmsilçisi öz oyun üslubu ilə digər komandalardan yaxşı mənada fərqlənir. Bu oyunda qazanılan qələbə çətin olsa da, bizi sonda sevindirdi. Ümid edirəm ki, “Qarabağ” növbəti mərhələni də keçəcək”.
Səbuhi TOFİQOĞLU

0
0