“Qarabağ”ın prezidenti: İsveçdə də komandanın yanında olacam
01.08.2013 - 22:41
“Qarabağ”ın prezidenti: İsveçdə də komandanın yanında olacam
“Futbolçularımın oyunundan məmnun qaldım”. Apasoprt.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Abdulbari Gözəl deyib.

Klub rəhbəri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyun günündə “Qarabağ”ın “Gefle” üzərində qazandığı minimal hesablı qələbəyə şərh verib: “Komandamın yeni transferlərinin çıxışından razıyam. Bu qələbə bizi çox sevindirdi. İsveçdə keçiriləcək cavab oyununda da “Qarabağ”ı dəstəkləmək üçün onların yanında olacağam. Komandamızın növbəti mərhələyə adlayacağına böyük inamım var”.

Səbuhi TOFİQOĞLU