“Qarabağ”ın adiləşdirdiyi qələbə
02.08.2013 - 01:38
“Qarabağ”ın adiləşdirdiyi qələbə
Vaxtilə Azərbaycan klubunun avrokuboklarda 2 mərhələ keçib 3-cüdə qüvvəsini sınaması xəyal sayılırdı. Apasport.az saytının məlumatına görə, “Qarabağ” bu mərhələdəki qələbələri də adiləşdirib. Belə ki. Ağdam təmsilçisi artıq 6-cı dəfədir III təsnifat mərhələsində qalib gəlir.

İsveçin “Gefle” klubunu 1 :0 hesabı ilə yenən ağdamlılar 2 dəfə “Honka” (Finlandiya), 2 dəfə “Visla” (Polşa), 1 dəfə də “Brügge”ni bu mərhələdə üstələmişdi. “Qarabağ”dan başqa Azərbaycan klublarından yalnız “Neftçi” 3-cü mərhələdə qələbə qazana bilib. Bu qədər irəliləyən ilk klubumuz kimi tarixə düşən “ağ-qaralar” İntertoto kubokunda da olsa, qələbə sevinci yaşamışdı. Bu 2 komandadan başqa III turda oynayan “Bakı” isə qələbə qazanmayıb. Digər komandalarımız üçün isə bu mərhələ əlçatmazdır.

Avropa Liqası
2008/09
İntertoto kuboku


3-cü mərhələ
• 19 iyul. “Neftçi” – “Vaslui” (Rumıniya) 2:1
• 26 iyul. “Vaslui” (Rumıniya) – “Neftçi” 2:0

2009/10
Çempionlar Liqası


3-cü təsnifat mərhələsi
• 28 iyul. “Bakı” – “Levski” (Bolqarıstan) 0:0
• 5 avqust. “Levski” (Bolqarıstan) – “Bakı” 2:0

Avropa Liqası

3-cü təsnifat mərhələsi
• 30 iyul. “Honka” (Finlandiya) – “Qarabağ” 0:1
• 6 avqust. “Qarabağ” - “Honka” (Finlandiya) 2:1

2010/11
Avropa Liqası


3-cü təsnifat mərhələsi
• 29 iyul. “Visla” (Polşa) – “Qarabağ” 0:1
• 5 avqust. “Qarabağ” - “Visla” (Polşa) 3:2

2011/12
Avropa Liqası


3-cü təsnifat mərhələsi
• 28 iyul. “Brügge” (Belçika) – “Qarabağ” 4:1
• 4 avqust. “Qarabağ” - “Brügge” (Belçika) 1:0

2012/13
Çempionlar Liqası


3-cü təsnifat mərhələsi
• 1 avqust. “Hapoel” (Kiryat-Şmona, İsrail) – “Neftçi” 4:0
• 8 avqust. “Neftçi” - “Hapoel” (Kiryat-Şmona, İsrail) 2:2 Ju

2013/14
Avropa Liqası


3-cü təsnifat mərhələsi
• 01 avqust. Qarabağ – Gefle (İsveç) 1:0