Təmsilçilərimizin duelində qalib müəyyənləşmədi
02.08.2013 - 02:05
Türkiyə I divizionunda çıxış edən azərbaycanlı futbolçuların klubları - “Orduspor”la “Kahramanmaraşspor” yoxlama oyununda üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, görüş 0:0 hesabı ilə başa çatıb.
“Orduspor”un şərəfini qoruyan millimizin hücumçusu Branimir Subaşiç meydana start heyətdə çıxıb. “Kahramanmaraşspor”da forma geyinən futbolçularımızdan Fərid Quliyev isə fasilədən sonra mübarizəyə qoşulub. Quliyevin komandasında baxışda olan azərbaycanlı qapıçı Davud Kərimi də meydana fasilədən sonra daxil olub. Murad Axundzadə isə forma şansı əldə etməyib.
Qeyd edək ki, güclü yağış olduğu üçün matç 80-ci dəqiqədə başa çatıb.

0
0