Fransalı hakim Bakıda vərəqə göstərmədi
02.08.2013 - 03:17
Fransalı hakim Bakıda vərəqə göstərmədi
Avropa Liqasının III təsnifat mərhələsinin “Qarabağ” - “Gefle” oyununun statistik göstəriciləri bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşma ərzində qeydə alınan göstəriciləri hesablayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatan matçda əsas üstünlük də təmsilçimizin olub.

Belə ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri çərçivəyə 7 dəfə zərbə endiribsə, qonaqlar bunlara cavab verə bilməyib. 14 qeyri-dəqiq zərbədən isə isveçlilər 1 dəfə komandamızın qapısı ağzında bizim üçün təhlükəli anlar yaşadıb. Qayda pozuntularına gəldikdə isə burada “Gefle”nin üstünlüyü daha çoxdur - 5:11.

Maraqlıdır ki, hər iki komandanın futbolçuları fransalı baş hakim Nikolas Rainville tərəfindən cəzalanmayıb.

Qarabağ
Gefle
1
Qol
0
7
Çərçivəyə zərbə
0
14
Qeyri-dəqiq zərbə
1
5
Künc zərbələri
2
1
Oyundankənar vəziyyətlər
2
5
Qayda pozuntuları
11
0
Sarı vərəqələr
0
0
Qırmızı vərəqələr
0