Ərtoğrul Sağlam müdafiəçimizə şans vermədi
02.08.2013 - 03:49
Ərtoğrul Sağlam müdafiəçimizə şans vermədi
Milli komandamızın üzvü olan Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının təmsilçisi sözügedən ölkədə beşinci yoxlama oyununu keçirib.

Son yerli çempion olan Vyana “Austriya”sını məğlub (3:1) edib, “Viner” (1:1) və “Soproni” (2:2) ilə bərabərə qalan və “Kasımpaşa”ya (1:0) uduzan Ufukun komandası bu dəfə Avstriya klubu “Vienerberq”lə qarşılaşıb.

Görüşdə Ərtoğrul Sağlamın yetirmələri 9:1 hesablı qələbəyə sevinib.

Son matçda meydana start heyətdə çıxıb, 64 dəqiqə mübarizə aparan Budak bu dəfə komanda yoldaşlarının oyununu ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Əskişəhərspor” Avstriyada daha 1 yoxlama oyunu keçirəcək.