Bakıda Per Olssonun yubileyində qan-qaraçılıq
02.08.2013 - 04:06
Bakıda Per Olssonun yubileyində qan-qaraçılıq
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olan “Gefle”nin baş məşqçisi Per Olsson paytaxtımızda ad gününü istədiyi kimi qeyd edə bilməyib. Apasport.az saytının məlumatına görə, avqustun 1-də baş tutan oyunda isveçli mütəxəssisin 50 yaşı tamam olub.

Lakin “Gefle”nin futbolçuları Olssonun ad gününü təbrik “etməyib”. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda yubileyini qeyd edən Perə yetirmələri qələbə sevinci yaşatmayıb. Matçın 89-cu dəqiqəsində Reynaldo “Qarabağ”ın yeganə qoluna imza ataraq, Qavle təmsilçisini evlərinə əliboş göndərib.

Qeyd edək ki, 1963-cü ildə anadan olan Olssonun 50 illik həyatının təxminən 27 ili bu klubla bağlıdır. O, ardıcıl 8 ildir ki, “Gefle”nin “sükanı arxası”ndadır.