Ruslan Abışov yenə ehtiyatda qaldı
02.08.2013 - 04:41
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” səfərdə “Randers”lə qarşılaşıb.
Maraqlı keçən görüşdə Kazan klubu danimarkalılara 2:1 hesabı ilə qalib gəlib. Abışov Tatarıstan təmsilçisinin “18-liy”ində yenə yer alsa da, baş məşqçi Qurban Berdıyev ona avrokuboklarda debüt etməsinə şans verməyib.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri bir həftə sonra - avqustun 8-də keçiriləcək.

0
0