“Qarabağ”ın futbolçusu millimizin Malta ilə oyununu buraxacaq
02.08.2013 - 08:53
“Qarabağ”ın futbolçusu Vüqar Nadirov Avropa Liqasının III təsnifat mərhələsində İsveçin “Gefle” klubu ilə cavab oyununda da meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, ağdamlıların Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə qalib gəldiyi matçı tribunadan izləyən sağ cinah yarımmüdafiəçisi zədəsini avqustun 8-də səfərdə keçiriləcək matça kimi sağalda bilməyəcək. Baş məşqçi Qurban Qurbanov Vüqarın ən azı 3 həftəlik sıradan çıxdığını bildirib. Bu isə o deməkdir ki, növbəti çempionatımızın startını buraxacaq Nadirov bu ayın sonunda sıraya dönə biləcək.
Belə olan halda, futbolçu üzvü olduğu millimizin avqustun 14-də Malta yığması ilə Bakıdakı yoldaşlıq görüşündən də kənarda qalacaq. Onun sentyabrın 6-da İsrail yığması ilə səfərdə keçiriləcək rəsmi matça çağırılmağı formasından asılı olacaq.
Qeyd edək ki, Vüqar millimizin son rəsmi oyunu olan Lüksemburqla iyunda Bakıda 1:1 hesabı ilə nəticələnən matçı cəzalı olduğundan kənardan izlədi.

0
0