Avstriyadan millimizə 7 cavabsız qol
02.08.2013 - 16:42
Avstriyadan millimizə 7 cavabsız qol
Bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, Polşada çıxış edən Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamızın ilk rəqibi Avstriya olub.

Millimiz ilk qarşılaşmada darmadağınla üzləşib. 1 het-trik və 2 dublun qeydə alındığı matç 7:0 hesabı ilə başa çatıb. Belə ki, ilk yarıda cəmi 1 top buraxan futbolçularımız fasilədən sonra 40 dəqiqəyə 6 dəfə avstriyalıların qoluna şahidlik edib.

Qeyd edək ki, VIII qrupda yer alan millimiz növbəti oyununu avqustun 4-də Polşa yığmasına qarşı keçirəcək.

2 avqust
Avstriya – Azərbaycan - 7:0
QOLLAR: Şmidt 26, 45, 49; Pinter 52, 68; Georgiyeva 63, 74
Baş hakim: Donka Jeleva-Terziyeva (Bolqarıstan)
Kedzierjin-Kozle. Kuzniçka stadionu