“Qarabağ”lının zirvə arzusu - SİYAHI
02.08.2013 - 10:45
“Qarabağ”lının zirvə arzusu - SİYAHI
Avropa Liqasının ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin ilk oyunlarından sonra tərtib olunan cədvəldə Azərbaycan təmsilçisi də var.

Bu, “Qarabağ”ın futbolçusu Reynaldo Silvadır. Hesabında 3 qol olan braziliyalı ümumi siyahıda 7-26-cı yerlərə şərik olan 20 futbolçudan biridir.

Həmin oyunçuların meydanda daha az olmağa görə sıralandığını nəzərə almaqla isə Reynaldo Avropa Liqasının 20-cidir. 411 dəqiqəyə 3 qol, yəni 137 dəqiqədən bir fərqlənən legionerimiz liderdən 2 top geri qalır. Reynaldonun çatmaq istədiyi futbolçu isə Ömər Ər Rafiqdir.

Avropa Liqasının bombardirləri

1.Ömər Ər Rafiq (Differdanj, Lüksemburq) – 5
2-6. Yakob Mulenqa (Utrext, Hollandiya), Georgi Qrozav (Petrolul, Rumıniya), Ömər Damari (Hapoel, Təl-Əviv, İsrail), Paulo Enrike (Trabzonspor, Türkiyə), Tomas Maytan (Jilina, Slovakiya) – hamısı 4
7-26. Reynaldo Silva (Qarabağ, Azərbaycan) və daha 19 futbolçu.


Qeyd edək ki, Reynaldo bütün təsnifat mərhələlərinin ilk oyunlarında fərqlənib.