“Qarabağ” zülm görmüş məzlumların simvoludu” - MÜSAHİBƏ
02.08.2013 - 10:57
“Qarabağ” zülm görmüş məzlumların simvoludu” - MÜSAHİBƏ
“Qarabağ” klubunun prezidenti Abdulbari Gözəl Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Gelfe” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra brifinq keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin rəhbəri komandasının pley-off mərhələsinə çıxacağına inandığını söyləyib.

- “Gefle” ilə qarşılaşma barədə deyə bilərsiniz?
- Hər şeyin yaxşılığa doğru mənası var. “Qarabağ” zülm görmüş məzlumların, azərbaycanlıların bir simvoludur. Bu klub Qarabağın dünyada Azərbaycana məxsus olmasını göstərən bir sənəddir. Yəni, “Qarabağ” tək idman yönümlü bir klub deyil. Biz bu klubu “Azərsun” şirkəti olaraq illərdi dəstəkləyirik. “Qarabağ” eyni zamanda Azərbaycanın gənc nəslinin klubudur. Əminəm ki, hamısının ürəyində Qarabağ var. Hamınızı qələbə və gözəl oyun münasibətilə təbrik edirəm. İndi 3-cü mərhələ idi. Sırada pley-off var.

- Necə düşünürsünüz, bu hesab pley-offa keçmək üçün yetərli olacaq?
- İnşallah, ümid edirəm. Təbii ki, deyirlər, top yumrudur, bəlli olmaz cavab qarşılaşmasında necə olacaq. Ancaq rəqibdən üstünlüyümüzü gördünüz. Komandamız güclüdür. Oyunçularımızın ayağından top qaçmır. Ümid edirəm ki, “Qarabağ”ın bayrağını növbəti mərhələyə də daşıyacağıq.

- Avroliqanın qrupuna düşmək üçün komandanın bir qədər də gücləndirilməsinə ehtiyac olduğunu düşünürsünüzmü?
- Qurban Qurbanov bizim fəlsəfəmizə uyğun dürüst bir insandır. Ona demişəm ki, nəyə ehtiyacın varsa, söylə, biz də dəstək olaq. İnşallah, yeni stadion tikdiririk. Özümüzün stadionu olacaq. Ehtiyac olarsa, transfer ediləcək.

- Yeni oyunçular xoşunuza gəldi?
- Özünüz də gördünüz ki, yaxşı transferlərdir. Ancaq “Qarabağ” həmişə azərbaycanlı uşaqlara güvənib. Bundan sonra da daha çox yerli gənc futbolçuları yetişdirməyə üstünlük verəcəyik.

- İsveçdə də komandanın yanında olacaqsınız?
- Əlbəttə. Ora da gedəcəyəm. Mən olmasam da, vitse-prezidentimiz Tahir Gözəl orda olacaq.

Səbuhi TOFİQOĞLU