“Mərhələ adlamaq üçün bizə 1 qol lazımdı” - MÜSAHİBƏ
02.08.2013 - 11:52
“Qarabağ” klubunun futbolçusu, makedoniyalı yarımmüdafiəçi Muarem Muarem Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Gelfe” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Oyun gözlədiyiniz kimi keçdi?
- Vacib olan qələbə idi. Biz də bunun öhdəsindən gəldik. Qol epizodumuz çox oldu. Ən azı 2-3 qol vura bilərdik. Təəssüf ki, bu şanlarımızı boşa verdik. Qələbəyə görə sevinirik. Səfərdə bu üstünlüyümüzü qoruyacağıq. İmkan düşsə, daha bir qol vurub, mərhələni adlayacağıq.
- Minimum hesablı qələbəni üstünlük saymaq olarmı?
- Əlbəttə, biz cavab oyunu öncəsi üstün durumdayıq. Rəqib güclü komandadı. Xüsusilə, müdafiədə diqqətli oynamağa çalışırlar. İnşallah, mərhələni biz adlayacağıq.
- Öz oyununuzdan razı qaldınızmı?
- Baş məşqçi şans verdi, amma bundan daha yaxşısını ortaya qoya bilərdim.
- Əvəzlənməyiniz nə ilə bağlıdır?
- Həm yüngül zədəm var idi, həm də baş məşqçinin qərarı belə oldu. Kimin oynamağı vacib deyil. Əsas olan komandanın qələbə qazanmağıdı.
- Bu qədər qol epizodlarını sağa-sola xərcləməyiniz nə ilə bağlıdır?
- Həyəcanlı deyildik, ancaq qol vurmaq istəyirdik. Futbolçularımızın hamısı fərqlənmək istəyirdi. Gec də olsa, məqsədimizə nail olduq. Yenə deyirəm, daha çox vura bilərdik. Ancaq hər şey istədiyin kimi olmur. Mərhələ adlamaq üçün bizə İsveçdə 1 qol lazımdı.
- Yəni, “Gefle” keçiləsi komandadı...
- Keçiləsi, amma çətin komandadır. Rəqib meydanında bizi fərqli oyun gözləyəcək. Mərhələ adlamaq üçün çalışmalıyıq.
- Bu gün qələbə qazandınız. Amma “Gefle” əvvəlki mərhələdə “Anartosis”ə səfərdə 0:3 hesabı ilə yenilsə də, doğma meydanda bunun əvəzini artıqlaması ilə çıxıb. Bu amil sizi qorxudurmu?
- Əslində, qorxmamalıyıq. “Qarabağ”ın oyun üslubunu ortaya qoymalı, Azərbaycana qələbə ilə dönməliyik.
- Yeni transfer Çumbinyo da meydana sizin kimi ikinci hissədə çıxdı. Onunla bağlı nə deyə bilərsiz?
- Yaxşı futbolçudur. Texnikası yüksək səviyyədədir. Məncə, komandamıza faydası dəyəcək.
- Bazar günü Topaz Premyer Liqasında ilk oyununuza çıxacaqsınız. Rəqib iddialı “İnter”dir. Həmin oyuna hazırlaşa biləcəksinizmi?
- “İnter” yaxşı komandadır. Bu oyuna hazırlaşmaq üçün yaxşı dincəlmək lazımdır. Çalışacağıq ki, vaxt azlığına baxmayaraq, oyuna yaxşı adaptasiya olaq.

0
0