Avropa Liqası: Riçard Almeyda ilk “5-lik”də
02.08.2013 - 12:05
Avropa Liqası: Riçard Almeyda ilk “5-lik”də
UEFA Avropa Liqasının cari mövsümündə ən çox qayda pozuntusuna məruz qalan futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilk “beşlik”də “Qarabağ”ın braziliyalı legioneri Riçard Almeyda da var.

Belə ki, rəqibləri yarımmüdafiəçiyə qarşı ümumilikdə 480 dəqiqə meydanda olduğu müddətdə 15 dəfə qayda pozuntusuna yol verib. Əslində, Almeyda siyahıda Vadim Yançuk (“Vetnspils”, Latviya) və “İnter”ə qarşı oynamış “Tromse”nin futbolçusu Ruben Kristiansenlə birgə 3-5-ci yerləri bölüşdürür. Sadəcə, braziliyalı həmkarlarından dəqiqə baxımından daha çox meydanda olduğuna görə 5-ci pillədədir.

Ən çox qayda pozuntusuna məruz qalan isə Moldovanın “Milsami” klubunun legioneri Gilyermedir. Riçard kimi 480 dəqiqə meydanda olan futbolçu 18 dəfə kobudluqla üzləşib.