“Qarabağ” bizdən aşkar güclü idi” - MÜSAHİBƏ
02.08.2013 - 12:33
“Gefle” klubunun yarımmüdafiəçisi Aleksander Faltsetas Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a 0:1 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə fikirlərinizi bilmək istərdik...
- Güclü rəqibə qarşı oynayırdıq. “Qarabağ” bizdən aşkar güclü idi. Qapıçımızın hesabın son dəqiqəyə kimi açılmamağında böyük rolu var. Son 10 dəqiqədə hava şəraiti üzündən yorğunluğumuz özünü göstərdi. Bu üzdən son dəqiqələrdə qapımızı toxunulmaz saxlaya bilmədik. Bununla belə, hesab elə də pis deyil. Çünki İsveçdə də cavab matçı var. Bunun əvəzini çıxmaq mümkündür.
- Belə çıxır ki, minimal hesablı yenilgiyə görə üzülmürsünüz...
- Kim deyir ki, üzülmürük? Ancaq bu, dünyanın axırı demək deyil ki. Bayaq qeyd etdiyim kimi, hələ Sundsvall şəhərində cavab qarşılaşması olacaq. Biz məhz həmin görüşdə istəyimizə çatmağa çalışacağıq. Necə ki, bunu “Anortosis”lə oyunda bacardıq.
- Siz “Qarabağ”ın futbolçularından çəkinirdiniz?
- Yox, niyə ki? Onlar da bizim kimi futbolçudur. Ən əsası, onlar da meydana bizim kimi 11 nəfərlə çıxmışdılar.
- Bəs niyə hamılıqla müdafiəyə çəkilmişdiniz?
- Biz öncədən bilirdik ki, “Qarabağ” hücumu çox sevən bir komandadır. Onlar həmişə rəqib qapısına qol arayışında olur. Məhz bu üzdən burdakı görüşdə müdafiədən oynamağı, ilk növbədə qapımızı toxunulmaz saxlamağı düşünmüşdük.
- “Qarabağ” artıq sizi tanıyır. Bu baxımdan cavab qarşılaşmasında da sizdən yaxşı oynaya bilər. Bu barədə siz necə fikirləşirsiniz?
- Ola bilər. Ancaq yeni oyun fərqli cür ola bilər. Hər oyunun öz hökmü var. Əminəm ki, İsveçdə bütün komanda qələbə üçün var gücünü ortaya qoyacaq.
- İsveçdə də “Qarabağ” kimi topla oynamağı sevən komandalar var? Yoxsa sizdə bütün komandalar “Gefle” kimi hava toplarına üstünlük verir?
- Yox, yox. Bizdə “Malmö”, “Helsinborq”, “Qöteborq” kimi komandalar da var. Bu komandalar çox güclüdür və “Qarabağ” kimi yerlə oynamağı çox sevirlər.
Səbuhi TOFİQOĞLU

0
0