“Neftçi” və “Bakı” bacarmadı, “Qarabağ”a “Karvan” nümunəsi
02.08.2013 - 12:40
“Neftçi” və “Bakı” bacarmadı, “Qarabağ”a “Karvan” nümunəsi
Azərbaycan klublarının iştirakı ilə keçirilən avrokubok oyunlarında indiyədək 11 dəfə ilk qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, minimal hesablı üstünlüyü səfərdə qorumalı olan “Qarabağ” “Neftçi”, “Bakı”, “MKT-Araz” və “Karvan”ın üzləşdiyi duruma düşüb.

Belə ki, ağdamlılara qədər daha 4 komandamız evdəki 1:0 hesablı qələbədən sonra cavab oyununa çıxmışdı. Digər 7 halda isə təmsilçilərimiz “Qarabağ”a 0:1 hesabı ilə yenilən “Gefle”nin vəziyyətində olub. Ümumilikdə 11 cütdən yalnız 3-də qalib komanda mərhələ keçməyib. Hər dəfə də bu zəifliyi bizimkilər göstərib.

“Neftçi” də, “Bakı” da, “MKT-Araz” da “Qarabağ” kimi üstünlük əldə etsə də mübarizəni dayandırıb. Azərbaycan klubları özləri isə heç vaxt belə yenilginin əvəzini çıxa bilməyiblər. 7 il əvvəl isə “Karvan” ilk və yeganə klubumuz kimi tarixə düşməyi bacarıb. Yunis Hüseynovun yetirmələri evdəki 1:0 hesablı qələbənin davamını səfərdə gətirə bilib.

1997/98
KK
Dinaburq (Latviya) – Kəpəz
1:0
1:0
1998/99
İK
İnkaras (Litva) – Bakı fəhləsi
1:0
0:1 
p.5:4
1999/00
ÇL
Sloqa Yuqomaqnat (Makedoniya) – Kəpəz
1:0
1:2
Səfər qolu
2000/01
ÇL
Slaviya (Çexiya) – Şəmkir
1:0
4:1
2000/01
UK
Neftçi – HİT Qoritsa (Sloveniya)
1:0
1:3
2001/02
İK
Qrindavik ( İslandiya ) – Viləş
1:0
2:1
2004/05
UK
Olimpi (Gürcüstan) – Şəmkir
1:0
4:1
2005/06
UK
Bakı - Jilina (Slovakiya)
1:0
1:3
2006/07
İK
MKT-Araz - Tiraspol (Moldova)
1:0
0:2
2006/07
UK
Karvan - Spartak (Trnava , Slovakiya)
1:0
1:0
2008/09
UK
Voyvodina (Serbiya) – Olimpik
1:0
1:1