Avropanın 3 ən yaxşısından biri - “Qarabağ”!
02.08.2013 - 13:35
Avropanın 3 ən yaxşısından biri - “Qarabağ”!
“Qarabağ” Avropa Liqasında cari mövsümün 3 ən yaxşı komandasından biridir. Apasport.az saytının məlumatına görə, keçirdiyi qarşılaşmalarda 4 dəfə qalib gələn və 1 dəfə heç-heçə edən Ağdam təmsilçisindən daha yaxşı nəticə göstərən komanda yoxdur.

Mübarizəyə I təsnifat mərhələsindən başlayan və 5 qarşılaşma keçirən komandalar arasında itkisiz irəliləyən qeydə alınmayıb. Ən yaxşı nəticə olan 4 qələbə və 1 heç-heçəyə isə yalnız 3 komanda imza atıb. Ən yaxşılardan biri olan “Qarabağ” yalnız top fərqində “Voyvodina” və “Astra”dan geri qalır.

1
Voyvodina (Serbiya)
4
1
0
14-6
13
2
Astra (Rumıniya)
4
1
0
9-3
13
3
Qarabağ (Azərbaycan)
4
1
0
7-3
13