“Yaxşı ki, qələbə minimal hesablı oldu”
02.08.2013 - 14:03
“Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Avropa Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmasında “Gefle”ni məğlub etdiniz. 1:0 hesabı ilə qələbə qazandığınız oyunla bağlı təəssüratlarını bilmək istərdik.
- Çətin oldu. Rəqibin müdafiədən oynayacağını gözləsək də, 11 nəfərlə uzun müddət müdafiə olunacağını düşünmürdük. Üstünlüyü bizə versələr də, cərimə meydançası yaxınlığında sıx müdafiə qururdular. Yenə deyirəm, 5 müdafiəçi ilə oynayacaqları aydın idi. Bu qədər sıx, bir-birilərinə yaxın oynayacaqlarını gözləmirdik. Xüsusilə, birinci hissədə qol epizodu yaratmaqda çətinlik çəkirdik. Fasilədən sonra sürəti artırdıq. Dəyişikliklərin sayəsində də oyunun tempi artdı, qol vura bildik. Matçın 0:0 hesabı ilə bitəcəyini düşünürdüm. Yaxşı ki, Reynaldo əla kombinasiyanı qolla tamamladı.
- İsveçdəki görüşdə necə, “Gelfe”ni üstələmək mümkün olacaq?
- Belə rəqiblə oynamaq çətindir. Orda 0:0 hesablı heç-heçə edəcəyik, bizə qol vurmayacaqlar kimi düşünsək, özümüzü aldatmış olacağıq. “Pyast”la səfərdəki kimi, onlara da ilk dəqiqələrdən oyunumuzu diktə etməliyik. Çünki müdafiəyə çəkilsək, rəqibin elə silahı var ki, bizim kimi komanda onun qarşısını heç cür ala bilməz. Hündürboylu hücumçularına hava ötürməsi edirlər. Maksimum dərəcədə oynamalıyıq. Nə dərəcədə buna imkan verəcəklər, deyə bilmərəm.
- Necə düşünürsüz, “Pyast”ın “Gefle”dən daha güclü olduğunu iddia etmək olarmı?
- “Pyast” özü də oynayırdı, oynamağa da imkan verirdi. Ancaq “Gefle” rəqibin oynamasına imkan verməməyə çalışır.
- Suala konkret cavab vermədiz...
- “Pyast” hardasa bunlardan güclüdür. Ancaq “Gefle” çox narahat komandadı. Beş müdafiəçi, beşi də onlardan öndə. Üstəlik, uzun ötürmələrdən istifadə edirlər. Bir sözlə, başqalarını deyə bilmərəm, bizim üçün çox narahat komandadır.
- Xeyli qol epizodu yaradıldı. Bundan istifadə edə bilməməyi nə ilə əlaqələndirərdiz?
- Futbolda belə şeylər olur. Ancaq çalışıb maksimum dərəcədə düzgün istifadə etməlisən. Hesab başqa cür də ola bilərdi. Sevinirəm ki, qələbə minimal hesablı oldu. Çünki böyük hesablı qələbə qeydə alınsaydı, bizdə arxayınlaşma yaranacaqdı, rəqibin isə itiriləsi heç nəyi yox idi. Onlar rahat çıxıb, hücumlar quracaqdılar. İndi şanslar 50-nin 50-yədir. Məcburuq ki, oyuna yaxşı hazırlaşaq.
- Mərhələ adlasanız, pley-offda yəqin ki, Skandinaviya ölkələri təmsilçilərindən heç biri ilə qarşılaşmaq istəməzsiniz...
- Əslində, biz “Anorstosis”i gözləyirdik. Çünki bizim üslubda oynayan komandadır. Görünür, qismət belə imiş. Rəqibin kimliyinin fərqi yoxdur, əsas olan qələbə qazanıb, mərhələ adlamaqdır.
- Bazar günü “İnter”lə qarşılaşacaqsınız. Bu oyundan sonra “bankirlər”lə duelə köklənmək çətin olmayacaq?
- “İnter”lə oyunun təxirə salınacağına ümid bəsləyirdik. Ancaq qərara alındı ki, oynayaq. “İnter”lə süni örtüklü meydanda oynayacağıq. Bu matçdan 3 gün sonra isə süni örtükdə daha bir görüş keçirmək ağır olacaq.
- Oyunun keçirilməsi PFL-in, yoxsa klubun qərarı idi?
- Dəqiq bilmirəm. Ancaq köklənmək çətin olacaq. Təxirə salınsaydı, daha yaxşı olardı. Düzdür, rəqib də öz çempionatlarında oyunlar keçirir. Lakin onların hazırlıq səviyyəsi başqadır. “Gefle” hazırkı çempionatda 16-17 oyun keçirib. Bizdə isə mövsüm yeni başlayır. Bir həftə ərzində 3 oyun çətin olacaq.

0
0