Vüqar Nadirov zədəsindən danışdı: Qan yığılmışdı...
02.08.2013 - 14:14
“Hələ “Pyast”la səfər oyunu öncəsi ayağımda ağrılar vardı. Ancaq buna baxmayaraq, Polşada meydana çıxdım. Bakıya qayıdıb “Gefle” ilə oyun öncəsi məşqdə topa zərbə vurduğum an ayağım tutuldu və hazırlıqdan kənarda qaldım”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.
Avropa Liqasının III təsnifat mərhələsində İsveçin “Gefle” klubu ilə Bakıdakı oyunu tribunadan izləyən yarımmüdafiəçi zədə üzündən avqustun 8-də cavab matçını da buraxmalı olacaq.
Bu ayın sonuna kimi yaşıl meydandan kənarda qalacaq Vüqar qasıq nahiyəsində əzələsinin dartıldığını bildirib: “Həm də qan yığılmışdı, əzələm şişmişdi. Yaxşı ki, yırtıq yox idi. Çox keçsəydi, bu, əmələ gələcəkdi. Şükür Allaha, indi vəziyyətim yavaş-yavaş düzəlir. Nə vaxt yaşıl meydana qayıdacağım həkimlərin qərarından asılıdır. Onlar desə, komanda ilə birgə İsveçə gedəcəyəm”.
Nadirov 1:0 qalib gəldikləri matçda hesabın oyuna görə olmadığını söyləyib: “Əlbəttə, hesab başqa - ən azı 2:0, 3:0 xeyrimizə olmalı idi. Çünki 5-6 real qol imkanımız oldu. Təəssüf ki, onlardan maksimum istifadə edə bilmədik. İstənilən halda, ilk oyunu qələbə ilə başa vurduğumuzdan üstünlük bizim tərəfdədir. Üstəlik, öz meydanımızda qol buraxmamışıq. Səfərdə vurduğumuz 1 qol 2-yə bərabər olacaq. İsveçdəki oyuna ciddi yanaşmalı, arxayınlaşmamalıyıq”.
İsveçlilərlə matçda Vüqarı yarımmüdafiənin sağ cinahında yeni transferlərdən olan Corc Leroy əvəzlədi. Futbolçu legionerin çıxışından razı qalıb: “O, yaxşı təsir bağışladı. Məncə, əvvəllər bu mövqedə oynayıb. Ümumiyyətlə, komandamız getdikcə daha yaxşı oynayır. “Qarabağ”da legionerlərin artmağı ilə rəqabətin yüksəlməyi yaxşı haldır. Çünki rəqabət komandanın xeyrinə olan amildir. Bu zaman hamı daha çox çalışacaq ki, əsas heyətdə oynasın. Legionerlərin sayının çoxalmağı ilə biz yerli futbolçular ruhdan düşmürük, əksinə, məsuliyyətimiz birə-beş artır”.
Mehman SÜLEYMANOV

0
0