Serbiya millisi Avropa çempionu oldu
02.08.2013 - 14:37
Serbiya millisi Avropa çempionu oldu
19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Litvada keçirilən final mərhələsinin həlledici oyununda Fransa və Serbiya milliləri üz-üzə gəlib.

Andriya Lukoviçin 57-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanan Serbiya yığması tarixində ilk dəfə çempion titulunu qazanıb. Bürünc medalları isə yarımfinalda uduzan İspaniya və Portuqaliya əldə edib.

Qeyd edək ki, Azərbaycan milli komandası qitə çempionatında mübarizəni I seçmə mərhələsində dayandırmışdı. Yığmamız Xorvatiya, Gürcüstan və İslandiyanın çıxış etdiyi qrupda 1 xal toplamaqla sonuncu olmuşdu.