“Bütün fikrimi “Rəvan”ın oyunlarına yönəltmişdim”
02.08.2013 - 15:23
“Bütün fikrimi “Rəvan”ın oyunlarına yönəltmişdim”
“Mənə “Daçiya”nın ötən mövsüm necə komanda olduğunu demək çətindir. Hətta onun oyunu haqda nəsə deməkdə çətinlik çəkirəm. Bu o səbəbdəndir ki, mən onda Azərbaycanda oynayırdım və orda yaxşı mövsüm keçirirdim. Bütün fikrimi “Rəvan”ın oyunlarına yönəltmişdim”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın sabiq mərkəz müdafiəçisi Nikolay Orlovski deyib.

Moldova yığmasının üzvü olan Orlovski vətənində verdiyi müsahibədə yaxınlarda “1+1” şərti ilə müqavilə bağladığı “Daçiya”nın çıxışlarını izləmədiyini bildirib. O, Kişinyov klubuna diqqət ayırmamasının səbəbini bütün diqqətini “Rəvan”a ayırması ilə izah edib: “O vaxt mən “Daçiya”nın oyunlarına baxmamışdım. Ancaq sonra turnir cədvəlinə baxanda başa düşdüm ki, bu komanda 2-ci yeri tutduğundan yaxşı və güclüdür. Yeni mövsüm haqda isə danışmalı olsam, onda deyə bilərəm ki, biz çempionluq uğrunda mübarizə aparacağıq”.

Qeyd edək ki, vaxtilə “Karvan”da baxışda olmuş və “Olimpiya”nın heyətində “Xəzər Lənkəran”a qarşı oynamış Nikolay Orlovski ötən mövsüm “Rəvan”da 20 oyun keçirib, 3 qola imza atıb.