AFFA Georgi Çixradzenin cəzasını yüngülləşdirdi
02.08.2013 - 15:36
AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda "Bakı" və "Simurq" klublarının müraciətlərinə baxılıb.
Qərara alınıb ki, İntizam Komitəsinin aprelin 30-da “Simurq”un baş məşqçisi Georgi Çixradze barədə çıxardığı qərar qismən dəyişdirilsin. Gürcüstanlı mütəxəssis intizam tədbiri olaraq, 6 oyunluq kənarlaşdırılsın, 10 matçlıq cəzanın digər - 4 görüşlük hissəsindən isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun.
Bu yarım illik sınaq müddəti ərzində Çixradze analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun. “Bakı”nın futbolçusu Rauf Əliyevlə bağlı mayın 1-da verilən qərar isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2 oyunluq cəza alan Rauf bu gün “Qəbələ” ilə baş tutacaq ilk turun matçını buraxacaq.
Mənbə: affa.az

0
0