Ziko özünə yeni komanda tapdı
02.08.2013 - 16:18
Ziko özünə yeni komanda tapdı
Braziliya millisinin sabiq baş məşqçisi Ziko özünə yeni iş yeri tapıb. Apasport.az saytının xəbərinə görə, tanınmış mütəxəssis bundan sonra Qətərın “Əl Qaraf” klubunda çalışacaq.

Noyabrda İraq yığmasından ayrıldıqdan sonra məcburi istirahətdə olan Ziko yeni klubuna keçidinə belə şərh verib: “Qətərdə işləməyə başlayıram. Bəzi detalları müzakirə etdikdən sonra təqdimetmə mərasimi olacaq. Yeni işimə başlayacağım üçün çox xoşbəxtəm”.