“Qarabağ” – ikinci dəfə iki - STATİSTİKA
02.08.2013 - 17:01
“Qarabağ” – ikinci dəfə iki  - STATİSTİKA
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra klubların statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” 3 məqamla fərqlənənlər sırasına düşüb.

Çərçivəyə düşməyən zərbələrin sayında Ağdam təmsilçisi yalnız Moldova “Milsami”sindən geri qalır. 43 dəfə hədəfdən yayınan Qurban Qurbanovun yetirmələri rekordçudan 5 zərbə geridə qərarlaşıb. Bu da hamıdan çox 9 belə zərbəsi olan 3 futbolçudan birinin – Vüqar Nadirovun ağdamlıların heyətində yer alması ilə bağlıdır.

25 dəfə oyundankənar vəziyyətə düşən “Qarabağ” bu göstəricidə liderlərdən olmasa da, kifayət qədər öndədir. Təmsilçimiz bu göstəricidə 13-cü yerə şərikdir. Minsk “Dinamo”su hamıdan çox – 41 dəfə ofsaydda qalıb.

Rəqiblərinin “Qarabağ”a qarşı kobudluq etməsi də diqqətdən kənar qalmayıb. 84 dəfə folla dayandırılan təmsilçimiz bu göstəricidə də 2-cidir. Onlar burada da “Milsami”dən geri qalır – 87 dəfə.