Qurban Qurbanov: 25-ci oyun, 15-ci qələbə
02.08.2013 - 17:23
Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə Bakıdakı oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün yubileylərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İsveç təmsilçisi ilə qarşılaşmada 41 yaşlı mütəxəssis yubiley oyununda yubiley qələbəsini qazanıb.
Qurbanov Ağdam təmsilçisini 25-ci dəfə avrokubok matçına çıxarıb. Bu matçlarda onun yetirmələri 14-cü qələbəni qazanıb. Daha 7 heç-heçəsi və 4 məğlubiyyəti olan komanda 34 qol vurub və 23-nü buraxıb.
Qurbanovun avrokubok karyerası təkcə “Qarabağ”la bağlı deyil. Baş məşqçiliyə “Neftçi”də başlayan çalışdırıcı UEFA kubokunun 2 görüşündə də “ağ-qaralar”a rəhbərlik etmişdi. İlk qələbəsini də 2007-ci ildə Avstriya “Rid”i üzərində qazanan mütəxəssis daha 14 dəfə “Qarabağ”da qalib gəlib. Bu isə o deməkdir ki, avrokuboklarda Azərbaycan klublarına ən çox qələbə qazandıran məşqçi üçün “Gefle” zəfəri 15-ci olub.

0
0