“Bu vəziyyəti görəndə sıxılırdıq”
02.08.2013 - 23:01
“Qarabağ” klubunun futbolçusu Maksim Medvedev Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Gelfe” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Heyətdə bəzi dəyişikliklər edilmişdi. Vüqar Nadirov zədəli olduğu üçün bizə kömək edə bilmirdi. Əsas heyətdə 2 yeni futbolçu meydana çıxmışdı. Oyun üslubunda da müəyyən dəyişiklik vardı. Çalışırdıq ki, yenə çoxlu ötürmələrə üstünlük verib, sürətli hücumlar quraq. Bu, bizdə alınırdı. Oyunun gedişində edilən dəyişikliklərdən sonra da oyunumuz inkişaf etdi. Artıq hücuma daha çox çıxırdıq. Evdə oynadığımıza görə, qol vurmağa məcbur idik. Son dəqiqələrdə olsa da, istəyimizə çatdıq.
- İlk yarıda komanda sanki yorğun idi. Fasilədən sonra “Qarabağ” daha inamlı göründü. Bunun səbəbi nə idi?
- Yorğunluq yox idi. Rəqib 5 müdafiəçi, 3 dayaq yarımmüdafiəçisi ilə oynayırdı. Təsəvvür edin, biz hücum edən zaman qarşımızda ən azı 8 futbolçu dayanırdı. Boşluqlar axtarırdıq. Bu vəziyyəti görəndə sıxılırdıq. Sonradan müdafiəçilərin arxasına ötürmələr verməyə başladıq. Halbuki, “Qarabağ” heç vaxt bu oyun üslubundan yararlanmayıb. Əlverişli imkanlar yaratdıq. Lakin istifadə edə bilmədik. Qolu isə “Qarabağ”ın öz üslubuna uyğun şəkildə vurduq.
- Uzaqdan qüvvətli zərbələriniz olsa da, “Gefle” ilə oyunda bundan istifadə etmədiz. Yalnız bir epizodda qapıçının sayıqlığını yoxladız. Bəlkə özünəinamın yox idi?
- Oyun ərzində cəmi 2 belə imkan yaxaladım və hər ikisindən istifadə etdim. Rəqibin müdafiəçiləri ucaboyludur. Təxminən 1.90 m boya sahibdirlər. Bizdə isə ən ucaboylu oyunçu Gelaşvilidir. Onun da boyu 1.82 metrdir. Belə olan vəziyyətdə qapı qarşısına asmalar etməyin faydası yox idi. Məqsədimiz ara ötürmələrindən yararlanmaq idi.
- Oyundan əvvəl zədəli olduğunuz deyilirdi...
- Bəli, zədəm var. Oyundan əvvəl həkimlə fikirləşirdik ki, meydana çıxım, yoxsa yox. Sonda qərar verildi ki, oynayım. Şükürlər olsun ki, oyun ərzində incitmədi.
- Bu qədər qol şanslarının qaçırılması nədən irəli gəlirdi?
- Bəxt yanımızda olmadı. Rəqib qapıçı da pis oynamadı.
- Amma Geliaşvili bir epizodda qapıçını keçsə belə, ən çətin olanı etdi: topu meydandan kənara vurdu...
- Zərbəsinin dəqiq olmamağını mən də anlamadım. Adətən bu cür epizodlar qaçırılanda özümüz də pis oluruq. Təsəvvür edin, yaratdığımız 10 epizoddan istifadə edə bilmirik, ancaq 89-cu dəqiqədə qol vururuq. Hesab daha böyük olmalı idi.
- Cavab oyunu haqda nə düşünürsüz?
- Rəqibi tanıyırıq. Zəif və güclü tərəflərini bilirik.
- Yəqin ki, “Gelfe”nin “Anartosis”lə oyununu da unutmamısınız...
- İsveçdə necə oynayacaqlarını bilmirik. Bəlkə, bu dəfə 3 hücumçu ilə meydana çıxdılar. Çox çətin olacaq. Bizim əsas heyətdə də dəyişikliyin olacağı gözlənilir.
- Yeni transferlər komandaya uyğunlaşa bilibmi?
- Tədricən öyrəşirlər. Düzdür, əlavə hərəkətlər edirlər. Ancaq vaxt keçdikcə, hər şey qaydasına düşəcək. “Qarabağ” elə komandadır ki, ötürmələrdən tez-tez istifadə etməsə, oyunu alınmır.

0
0