Yubiley oyunu
02.08.2013 - 18:55
Topaz Premyer Liqasının I turunun qarşıdan gələn “İnter” - “Qarabağ” görüşü hər iki komanda üçün sayca 30-cu olacaq. Apasport.az saytının məlumatına görə, bunadək komandalar bir-biri ilə 29 dəfə qarşılaşıb, 26 oyun çempionat çərçivəsində keçirilib və 3 görüş isə kubokun payına düşür.
“Bankirlər” rəqibini 9 dəfə məğlub edə bilib, “Qarabağ” isə 10 qələbə ilə fərqlənib, qalan 10 matçda tərəflər meydandan sülhlə ayrılıblar. Vurulan topların fərqi ağdamlıların xeyrinədir - 24:22.
Komandalar ilk dəfə 2004-cü ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 3:1 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb. “İnter” və “Qarabağ” qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən vurub.
Xatırladaq ki, ötən mövsümdə komandalar dörd dəfə qarşılaşıblar, ilk oyunda 1:1 hesablı heç-heçə ilə başa çatıb. İkinci qarşılaşmasa qolsuz bərabərliklə yekunlaşıb, üçüncü oyunda ağdamlılar 3:2 hesablı qələbəyə seviniblər, dördüncü görüş isə yenidən heç-heçə ilə yadda qalıb - 0:0.
“İnter” - “Qarabağ” oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 29 oyunun 15-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqi ilə qalib gəlmək müyəssər olub.
Azərbaycan çempionatında "Qarabağ"a qarşı keçirilən ev oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 13 qarşılaşmada komanda 6 dəfə rəqibini məğlub etməyi bacarıb. 5 oyun heç-heçə başa çatıb və 2 dəfə ağdamlılar qələbə qazanıblar. Bu qarşılaşmalarda top fərqi “İnter”in xeyrinədir - 11:7.
Qeyd edək ki, "İnter" - "Qarabağ” matçı avqustun 4-də keçiriləcək. Görüş saat 20.00-da başlayacaq.
Mənbə: inter.az

0
0