Yeni mövsümün ilk qolunu legioner futbolçu vurdu
02.08.2013 - 19:18
Yeni mövsümün ilk qolunu legioner futbolçu vurdu
Topaz Premyer Liqasının 2013/2014 mövsümünün ilk qolunun müəllifi məlum olub. Apasport.az saytının məlumatına görə, “Bakı”nın litvalı hücumçusu Mindauqas Kalonas “Qəbələ” ilə oyunun 12-ci dəqiqəsində fərqlənərək Topaz Premyer Liqasında yeni mövsümün ilk qoluna imza atıb.

Qeyd edək ki, Kalonas paytaxt klubun “Rəvan”dan keçib.