“Simurq” heç-heçə etdi, “Neftçi” qalib gəldi
02.08.2013 - 20:04
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında Azərbaycan çempionatının növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
“Neftçi” evində AZAL-ı qonaq edib. Meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.
Digər görüşdə isə qalib müəyyənləşməyib. Belə ki, “Simurq” doğma publika önündə “Rəvan”ın müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb - 1:1.
Əvəzedicilərin çempionatı
I tur
2 avqust (cümə)
“Neftçi” - AZAL - 2:1
Cavid Muxtarzadə, 39; 90+2 - İlqar Babayev, 90+3
“Simurq” - “Rəvan” – 1:1
Elnur Səmədov, 63 - Elnur Abdulov, 24

0
0