Milinko Pantiç: Müdafiəçilərdə səhvlər oldu
02.08.2013 - 20:31
Milinko Pantiç: Müdafiəçilərdə səhvlər oldu
“Qalib gəlməli olduğumuz oyunda məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı çalışdırıcı Topaz Premyer Liqasının 2013/14 mövsümünün startında doğma azarkeşləri önündə “Qəbələ”yə 2:1 hesabı ilə məğlub olmalarına şərh verib: “İlk hissədə rəqibdən təzyiq görmədik. İkinci hissədə isə rəqib komandanın baş məşqçisi maraqlı oyunçu dəyişiklikləri etdi. Üç hava ötürməsindən ikisi qapımıza qolla nəticələndi. Bəlkə də, müdafiəçilərdə səhvlər oldu. Bu, ilk oyun idi, qarşıdakı oyunlarda itirilmiş 3 xalı bərpa edəcəyik”.

Mənbə: pfl.az