“Latsio”nun kapitanı 6 ay futboldan kənarlaşdırıldı
02.08.2013 - 21:08
“Latsio”nun kapitanı 6 ay futboldan kənarlaşdırıldı
“Latsio”nun kapitanı Stefano Mauri danışılmış oyunlarla bağlı olaraq 6 ay futboldan kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi bu cür oyunları təşkil etməkdə günahlandırır.

Kapitan İtaliyada 2 çirkli oyunda ittiham edilir ki, onlardan da artıq biri sübuta yetirilib. Bu, 2011-ci ilin 22 mayında keçirilən “Leççe” – “Latsio” qarşılaşmasıdır.

İtaliya İdman Məhkəməsi öncə Maurinin 4,5 illik yaşıl meydanlardan uzaqlaşdırılmasını tələb edirdi. Lakin məhkəmə oyunçunu yarım illiyinə futboldan kənarlaşdırılıb.

Bundan başqa, "Latsio"nun yarımmüdafiəçisi 40 min, "Leççe" isə cəmi 20 min avro məbləğində cərimə ödəməli olacaq.