Vengerdən Luis Suares etirafı
02.08.2013 - 21:35
Vengerdən Luis Suares etirafı
London “Arsenal”ının baş məşqçisi Arsen Venger “Liverpul”un futbolçusu Luis Suaresin transferində maraqlı olduqlarını bildirib. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis təsdiq edib ki, “topçular”ın hücum xəttini gücləndirmək üçün yaxşı bir forvarda ehtiyacları var.

London klubu bu boşluğu əvvəlcə İquainlə doldurmaq istəsə də, oyunçunun “Napoli”yə transferi onları başqa bir futbolçu ilə maraqlanmağa sövq edib: “Suares haqqında danışmaq istəmirəm. Danışıqlar klub səviyyəsində gedir. Uruqvaylını almaq istəyərdik. Biz qərardan asılı olmayaraq “Liverpul”a hörmətlə yanaşırıq. Təkcə Suares yox, başqa variantlar üzrə də səylə işləməyə davam edirik”.