FİFA İcraiyyə Komitəsinin sabiq üzvünün istintaq işi dayandırıldı
02.08.2013 - 22:06
FİFA İcraiyyə Komitəsinin sabiq üzvünün istintaq işi dayandırıldı
Korrupsiya əməlində ittiham olunaraq tutduğu vəzifədən azad edilən sabiq FİFA nümayəndəsi Çak Bleyzerə qarşı aparılan istintaq işi dayandırılıb. Apasport.az saytının məlumatına görə, Şimali və Mərkəzi Amerika və Karib (CONCACAF) futbol federasiyasının baş katibi olduğu müddət ərzində vəzifə səlahiyyətlərini icra edərkən maliyyə fırıldaqçılığında ittiham olunan 68 yaşlı keçmiş FİFA rəsmisinin məhkəmə işi bu ilin sonunadək təxirə salınıb.

May ayında isə Blazerin beynəlxalq və milli səviyyələrdə futbol fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Çak bir müddət əvvəl milyonlarla dolların mənimsənilməsində günahlandırılmışdı.