Şamil Qurbanov izlədi, “Baltika” uduzdu
02.08.2013 - 22:33
Rusiya I divizionunda VI turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Şamil Qurbanovun şərəfini qoruduğu “Baltika” doğma azarkeşləri önündə “Alaniya” ilə üz-üzə gəlib.
Görüşdə qonaqlar minimal hesabla qələbə qazanıb.
Ötən tur Nijnekamsk “Nefteximek”i (1:0) ilə qarşılaşmanın 90+1-ci dəqiqəsində meydana çıxan Şamil bu dəfə forma geyinmə şansı əldə edə bilməyib. Baş məşqçi Yevgeni Perevertaylo Qurbanovu “18-liy”ə daxil etsə də, onu meydana buraxmayıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Baltika” 8 xalla turnir cədvəlinin 9-cu pilləsinə yuvarlanıb.

0
0