CAS “Rapid”in ölkə çempionatında iştirakına qadağa qoydu
02.08.2013 - 23:03
CAS “Rapid”in ölkə çempionatında iştirakına qadağa qoydu
İdman Arbitaj Məhkəməsi (CAS) Rumıniyanın “Rapid” klubunun ölkə çempionatında iştirakını dayandırıb. Apasport.az saytının məlumatına görə, məhkəmə qərarı yeni mövsümün başlanmasından 2 tur sonra açıqlanıb.

Buna səbəb klubun maliyyə vəziyyətində üzləşdiyi çətinliklərdir. Müvafiq qaydalara əsasən, maddi problemləri olan komandalar Rumıniya çempionatında iştirak etməməlidir.

Bildirilir ki, buna görə də buxarestlilər “Konkordiya” ilə pley-off qarşılaşması oynamamalı idi. Bu klubların ötən ay qarşılaşdıqları matçda “Rapid” gülən tərəf olmuşdu. Qələbə onların lisenziya alaraq ölkə çempionatında iştirakına imkan yaratmışdı. Lakin CAS-ın qərarından sonra paytaxt təmsilçisinin “Styaua” ilə avqustun 3-ə təyin olunan derbisi də ləğv edilib.