Azərbaycanlı futbolçu yenə forma geyinmədi
02.08.2013 - 23:25
Azərbaycanlı futbolçu yenə forma geyinmədi
Rusiya I divizionunda VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu David Qarayevin heyətində çıxış etdi “OİK-Energiya” səfərdə Sankt-Peterburq “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirib.

Matçda qalib müəyyənləşməyib. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyib və meydandan qolsuz heç-heçə ilə ayrılıb.

Bu görüşdə Qarayev yenə forma geyinməyib. 18 yaşlı yarımmüdafiəçi heç “18-liy”ə belə daxil edilməyib.

Qeyd edək ki, Qarayevin komandası 6 oyundan sonra 6 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsinə qərarlaşıb.