Kapello Dağıstan xəstəxanasında müalicə alan uşaqlara baş çəkdi
03.08.2013 - 00:10
Millimizin DÇ-2014-də rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Dağıstan Respublikasına səfər edib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Mahaçqalaya səfəri zamanı “Anji”nin baş direktoru Eyvaz Qaziəhmədovla birlikdə “Xəzər” şəhər xəstəxanasının uşaq bölməsinə baş çəkib.
Kapello xəstəxanada müalicə alan uşaqlara şəfa arzu edib və azyaşlıların müalicəsinin gedişi ilə maraqlanıb. Rusiya yığmasının çalışdırıcısı həmçinin onlara hədiyyələr də təqdim edib.
Dağıstanda ikinci dəfə olan Fabio paytaxt Mahaçqalanın idman və sosial infrastrukturunun sürətli inkişafını yüksək qiymətləndirib.

0
0