“Fənərbaxça”nın sabiq müdafiəçisi ingilis klubu ilə anlaşdı
03.08.2013 - 01:01
“Fənərbaxça”nın sabiq müdafiəçisi Dieqo Luqano bundan sonra İngiltərə Premyer Liqasında top qovacaq. Apasport.az saytının məlumatına görə, futbolçu “Vest Bromviç”lə 2 illik müqavilə imzalayıb.
Beş mövsüm Türkiyə klubunda forma geyinən Uruqvay millisinin aparıcı üzvü 2011-ci ilin yayında PSJ ilə anlaşmışdı. Lakin parislilər özünü doğrultmayan oyunçunu La Liqa təmsilçisi “Malaqa”ya icarəyə vermişdi.
Xatırladaq ki, “transfer pəncərəsi” dövründə adı “Çaykur Rizəspor” və “Antalyaspor”la da çəkilən 32 yaşlı müdafiəçi “sarı bülbüllər”in heyətində 21 qola imza atıb.

0
0