Toraman kapitanlıqdan imtina etməsi ilə bağlı münasibət bildirdi
03.08.2013 - 01:50
“Beşiktaş”ın müdafiəçisi İbrahim Toraman kapitanlıqdan imtina etməsi ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Türkiyəli futbolçu səbəb kimi rəhbərliyə və baş məşqçiyə yeni imkanlar yaratmaq istədiyi üçün bu addımı atdığını bildirib.
Hədəflərinin hər zaman çempionluq olduğunu dilə gətirən oyunçu komandada olan geniş heyətin klubdaxili rəqabəti daha da inkişaf etdirdiyini söyləyib: “Kim bu işi onların istədiyi kimi daha yaxşı bacaracaqsa, o da kapitan olmalıdır”.
Qeyd edək ki, “qara qartallar”ın heyətində 10-cu mövsümünü keçirəcək olan Toraman 6 ilə yaxındır ki, kapitan sarğısını daşıyır.

0
0