“Neftçi” darmadağınla başladı, “Rəvan” uduzdu
03.08.2013 - 20:50
Bu gün Topaz Premyer Liqasında 2013/14 mövsümünün ilk turunda daha iki qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan hər iki oyun meydan sahibləri üçün uğurlu olub.
Qəbələ şəhər stadionunda “Rəvan”ı qəbul edən “Simurq” mövsümə qələbə ilə başlayıb. Zaqatala təmsilçisi ikinci hissədə Stepan Polyak və Orxan Səfiyaroğlunun vurduğu qollarla hesabına 3 xal yazdırıb.
Paytaxtda baş tutan görüş isə daha baxımlı alınıb. Son 3 mövsümün qızıl mükafatçısı “Neftçi” Çempionlar Liqasındakı məğlubiyyətin əvəzini AZAL-dan çıxıb. Fasiləyəcən “təyyarəçilər”in qapısından 3 cavabsız top keçirən “ağ-qaralar”ın heyətində Nasimov, Flavinyo və Sadiqov fərqlənib. İkinci hissənin əvvəllərində AZAL yeni transferi Oluremi ilə fərqi azaltsa da, matçın son dəqiqələrində Emin Mehdiyev son nöqtəni qoymaqla darmadağını rəsmiləşdirib.
Topaz Premyer Liqası
I tur
3 avqust (şənbə)
“Neftçi” – AZAL - 4:1
QOLLAR: Bahodir Nasimov, 9; Flavio Aleks Valensio, 29; Rəşad Sadiqov, 36; Emin Mehdiyev, 90+2 - Con Oluremi, 58
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov, Ramil Diniyev
“Bakcell Arena” stadionu
“Neftçi”: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 10. Cavid İmamverdiyev. 14. Bahodir Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov. 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 1. Pavel Doroşevs, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor
Məşqçi: Tərlan Əhmədov
AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Jose Junior Ailton, 15. Oskars Klava, 3. Aleksandr Şemonayev, 20. Branislav Arsenyeviç, 30. Vladimir Boqdanoviç, 17. Viktor İqbekoyi, 10. Con Oluremi, 22. Ruslan Tağızadə, 8. Qərib İbrahimov, 30. Yuri Fomenko
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev, 9. Orxan Həsənov, 5. Murad Ağayev, 18. Samuel Barlay, 21. Rey Məmmədbəyli
Baş məşqçi: Vaqif Sadıqov
“Simurq” – “Rəvan” - 2:0
QOLLAR: Stepan Polyak, 66; Orxan Səfiyaroğlu, 86
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Nahid Əliyev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Olivyera, 6. Taqim Novruzov, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 18. Tural Axundov, 22. Salif Ballo, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Mzee Patrik Osiako, 9. Rövşən Əmiraslanov, 17. Rüstəm Məmmədov, 19. Orxan Səfiyaroğlu, 16. Məhərrəm Hüseynov, 62. Cavad Kazımov
Məşqçi: İqor Getman
“Rəvan”: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 6. Ceyhun Cavadov, 10. Sebastyan Kastro-Tello, 13. Şəhriyar Rəhimov, 14. Juan Manuel Varea, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 22. Tofiq Mikayılov, 38. İvan Pexa
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 7. Elvin Həsənəliyev, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 18. Bəxtiyar Soltanov, 19. Hüseyn Axundov, 27. Rəşad Abdullayev
Baş məşqçi: Ramil Əliyev
Qeyd edək ki, Topaz Premyer Liqasının açılış günündə “Qəbələ” səfərdə “Bakı” ilə qarşılaşıb. Baş məşqçi Yuri Syominin yetirmələri “zolaqlıları” 2:1 hesabı ilə məğlub edərək, turnirə qələbə ilə start verib. Sabah isə baş tutacaq 2 oyunla I tura yekun vurulacaq. “İnter” öz meydanında “Qarabağ”ı, “Sumqayıt” isə “Xəzər Lənkəran”ı qəbul edəcək.
0
0