“Barselona” “Santos”u top atəşinə tutdu
03.08.2013 - 02:45
“Barselona” “Santos”u top atəşinə tutdu
“Barselona” və “Santos” arasında Joan Qamperin xatirəsinə həsr edilmiş yoldaşlıq oyunun ilk görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma “Nou Kamp” stadionunda baş tutub.

Yeni mövsümə hazırlıq xarakteri daşıyan matçda kataloniyalılar rəqibini darmadağın edib - 8:0. İspaniya klubu bu topların 4-nü ilk hissədə, digər 4-nü isə ikinci yarıda Braziliya təmsilçisinin qapısından keçirib.

Qarşılaşmada Lionel Messi və Sesk Fabreqas dubl edib. Digər qollara isə Aleksis Sançes, Pedro Rodriges, Adriano Korreya və Jan Mari Donqu imza atıb.

Qeyd edək ki, “Santos”dan “Barselona”ya keçən Neymar “Nou Kamp”da ilk oyununa çıxıb. Braziliya milli komandasının hücumçusu meydana fasilədən sonra daxil olub. O, “Barsa” forması ilə debütünü isə Qdanskda “Lexiya”ya (2:2) qarşı keçirib.