“Ayaks” yeni mövsümə darmadağınla başladı
03.08.2013 - 04:11
“Ayaks” yeni mövsümə darmadağınla başladı
Hollandiya çempionatının 2013/14 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, yeni mövsümün açılış maçında “Ayaks” “Roda”nı qəbul edib.

“Amsterdam Arena”da 51 min azarkeşin izlədiyi matçda meydan sahibləri qələbə qazanıb - 3:0. “Ayaks”ın qollarını 8 və 31-ci dəqiqələrdə Rikardo Van Riyn və De Yonq vurublar. Matçda son nöqtəni isə 81-ci dəqiqədə Viktor Fişer qoyub.

Qeyd edək ki, Hollandiya çempionatında bu gün daha 4 oyun keçiriləcək.