Mövsümün ilk sarı vərəqəsi “Bakı”nın müdafiəçisinə göstərildi
03.08.2013 - 04:44
Topaz Premyer Liqasının 2013/14 mövsümündə ilk sarı vərəqə ilə cəzalanan futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, “Bakı” və “Qəbələ” (1:2) arasında reallaşan açılış oyunda meydan sahiblərinin müdafiəçisi Aqil Nəbiyevdir.
Təcrübəli oyunçu matçın 20-ci dəqiqəsində rəqib komandanın futbolçusu Yannik Kamanana qarşı qeyri-idman hərəkətinə görə baş hakim Fariz Yusifov tərəfindən sarı vərəqə ilə cəzalanıb. Yusifov oyunda digər sarı vərəqəni isə 70-ci dəqiqədə “Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Leonardo da Silvaya göstərib.
Qeyd edək ki, Premyer Liqanın 2013/2014 mövsümünün ilk qolunu da “Bakı”nın futbolçusu vurub. Bu, oyunun 12-ci dəqiqəsində fərqlənən litvalı hücumçu Mindauqas Kalonas olub.

0
0