Lionel Messi məhsuldar oyunçu seçildi
03.08.2013 - 05:21
İspaniyada “Barselona” və “Santos” arasında keçirilən Joan Qamperin xatirəsinə həsr edilmiş yoldaşlıq oyunun məhsuldar oyunçusu bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu, meydan sahiblərinin hücumçusu Lionel Messidir.
Kataloniya klubu Braziliya təmsilçisini 8:0 hesabı ilə məğlub etdikləri görüşdə argentinalı futbolçu 7 və 11-ci dəqiqədə dubl edib. Forvard həmçinin məhsuldar və faydalı ötürmələri ilə də yadda qalıb.
Qeyd edək ki, bu qarşılaşmada Sesk Fabreqas da dubl edib. Digər qollar isə Aleksis Sançes, Pedro Rodriges, Adriano Korreya və Jan Mari Donqu rəqib komandanın qapısından keçirib.

0
0