Qazaxıstan millimizdən də betər imiş
03.08.2013 - 09:31
17 yaşadək qız futbolçular arasında keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunda ilk turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yığmamızın rəqiblərindən olan Polşa ilə Qazaxıstan milliləri gücünü sınayıb.
Meydan sahibi olan polşalılar orta asiyalıların daşını daş üstdə qoymayıb. Belə ki, polyaklar qazaxların qapısından 9 cavabsız top keçirib. Millimiz dünən Avstriyaya 0:7 uduzduğundan Qazaxıstan yığmasından şükürlü olduğunu söyləmək mümkündür.
Qeyd edək ki, millimiz sabah meydan sahibi ilə qarşılaşacaq. Polşa yığması ilə oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0
0