Xorvatları millimizlə oyuna Yuqoslaviyanın sabiq üzvü çıxaracaq - FOTO
03.08.2013 - 10:59
Xorvatiyanın 19 yaşadək futbolçulardan ibarət millisi yığmamız önünə yeni baş məşqçi ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, Xorvatiyanın U-20-si ilə Türkiyədəki dünya çempionatında uğursuz çıxış edən Dinko Yeliçiçlə müqavilə müddəti uzadılmayıb.
Bu üzdən komandanı U-17-nin baş məşqçisi çıxaracaq. Bu, 1980-1986-cı illər aralığında sabiq Yuqoslaviya millisinin dayaq yarımmmüdafiəçisi olmuş İvan Qudeldir. 52 yaşlı mütəxəssis vaxtilə bu komandada 33 oyun keçirib və 3 qola imza atıb.
Qeyd edək ki, millimizlə Xorvatiya arasındakı yoldaşlıq görüşü avqustun 12-də Zaqreb şəhərində keçiriləcək.

0
0