“Azərbaycan yığmasına daha çox qol vura bilərdik”
03.08.2013 - 12:50
“Azərbaycan yığmasına daha çox qol vura bilərdik”
“Qələbəyə layiq idik. Azərbaycan yığmasına daha çox qol vura bilərdik”. Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın 17 yaşadək qız futbolçulardan ibarət komandasının baş məşqçisi Dominik Talhammer deyib.

Avstriyalılar dünən Avropa çempionatının ilkin seçmə mərhələsində millimiz üzərində 7:0 hesabı ilə qələbə qazanıb. Talhammer Polşada keçirilən mərhələnin ilk oyunundan sonra açıqlama verib: “Məni məftun edən cəhət odur ki, komanda 30 dərəcədən yuxarı hava temperaturunda belə oyun göstərə bildi. Biz rəqibdən daha çox topa yiyələndik və çox yaxşı vəziyyətlər yaratdıq. Yeganə məni məyus edən məqam odur ki, kapitanımız Barbara Dunst zədə aldı. Ümid edirəm ki, o tezliklə sıralarımıza qayıdacaq”.

Qeyd edək ki, Avstriya millimizlə oyunda ilk yarıda Melissa Şmidin qolu ilə önə keçib. Daha sonra Şmid, Viktoriya Pinter və Marina Georgiyevanın dublu ilə Siyasət Əsgərovun yetirmələri biabırçı hesabla uduzub.