“Oynamaq istəsəydim, Bakıda komandalar vardı” - MÜSAHİBƏ
03.08.2013 - 13:20
Karyerasını yenicə başa vurmuş milli komandamızın və “Qəbələ”nin sabiq yarımmüdafiəçisi Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi
- “Bakı” ilə oyunda futbolla vidalaşdınız. Sizcə, bu erkən qərar olmadı, yoxsa yenə oynamaq istərdiniz?
- Əlbəttə ki, oynamaq istərdim. Heç bir futbolçu futboldan tez getmək istəmir. Zədəmlə bağlı problemim olduğu üçün karyeramı davam etdirə bilmədim.
- Bu vidalaşmanız sadəcə zədənizlə bağlı idi?
- Həm zədə ilə bağlı idi, həm də ki artıq 34 yaşım var. Bir az da oynasam, istər-istəməz qazanılan adı yerə vura bilərdim. Bunu etmək asandır, amma adı qazanmaq çətindir.
- Komandanızla təlim-məşq toplanışına da aparılmadınız. Sizcə, karyeranızı bitirməyinizə bunun da təsiri oldu?
- Yox, heç bir təsiri olmadı. Oynamaq istəsəydim, Bakıda komandalar vardı. Gəlib orada oynayardım. Dediyim kimi, bu qərar sırf zədəmlə bağlıdır. Adi uşaqlarla yığışırıq ki, futbol oynayaq, heç orada da oynaya bilmirəm. Ağrı imkan vermir.
- Klubunuzla hələ 6 aylıq müqaviləniz vardı. Onu necə etdiniz? Müqavilənizə xitam verildi?
- Bəli, çoxdan verilib. Rəhbərliklə danışdıq, həll etdik.
- “Qəbələ” ilk turda qalib gəldi. Ümumiyyətlə, ilk çıxışı necə dəyərləndirirsiniz?
- Birinci oyundur. İstər-istəməz çətin olur. Birinci hissə “Bakı” yaxşı oynadı, fasilədən sonra isə “Qəbələ”. “Qəbələ” imkanlarından yaxşı istifadə etdi və qol vurdu. “Bakı”nın qol şansları olsa da, bunlardan istifadə edə bilmədi.
- Ümumiyyətlə, sabiq komandanıza kənardan baxmaq necə sizə necə təsir edirdi?
- Yenə deyirəm, 50 yaşına da gəlsən, həmişə istəyərsən ki, oynayasan. Çünki sən futbolla nəfəs almısan. Ömrünün axırınacan oynamaq istəyəcəksən.
- Bu mövsüm “Qəbələ”yə tanınmış baş məşqçi gəlib. Səncə, ötən mövsümə nisbətən komandadan bu mövsüm fərqli oyun görmək olar?
- Məncə, hələ birinci turdur. Nəsə demək üçün tezdir. Amma baş məşqçinin adına görə ondan nəsə gözləmək olar. Yaxşı məşqçilərdən biridir. Dediyim kimi, bunu çempionatın gedişi göstərəcək.

0
0