Malta millisi ilə oyunun biletləri üçün yeni satış nöqtəsi açıldı
03.08.2013 - 13:52
Malta millisi ilə oyunun biletləri üçün yeni satış nöqtəsi açıldı
Millimizin avqustun 14-də Malta yığması ilə Bakıda keçirəcək yoldaşlıq oyunu üçün daha bir bilet satış nöqtəsi açılıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, artıq bu qarşılaşmanın biletlərini Park Bulvar Alış-Veriş Mərkəzindən də almaq mümkündür.

Qeyd edək ki, biletlər daha əvvəl oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarında və 28 Mall Ticarət Mərkəzində satışa çıxarılıb.